RU

AzMİU beynəlxalq reytinqlərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) son illərərzində beynəlxalq ali təhsil məkanında mövqeyininmöhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü inkişafstrategiyası həyata keçirir. Bu strategiyanın real və ölçülə bilənnəticələri nüfuzlu beynəlxalq reytinq qurumlarının açıqladığıgöstəricilərdə əksini tapır.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilir ki, dünyanın aparıcı ali təhsil reytinqagentliklərindən olan “Quacquarelli Symonds” (QS) tərəfindən elanedilən “QS World University Rankings: Europe 2026” siyahısındaAzMİU əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyiş nümayişetdirib.

Cari reytinq siyahısına Avropanın 42 ölkəsindən ümumilikdə 958ali təhsil müəssisəsi daxil edilib. AzMİU 2026-cı il üzrə Avropareytinqində 476-cı mövqedə qərarlaşıb. Qeyd etmək lazımdır ki,universitet 2024-cü ildə 601+, 2025-ci ildə isə 551–600 aralığındayer almışdı. Qısa müddət ərzində əldə olunan bu yüksəliş AzMİU-nunbeynəlxalq reytinqlər üzrə ardıcıl, davamlı və strateji inkişaftrayektoriyası üzrə irəlilədiyini aydın şəkildə nümayişetdirir.

Xüsusilə diqqətçəkən məqamlardan biri cari reytinq dövründəAzMİU-nun üstələdiyi ali təhsil müəssisələrinin faiz göstəricisinin12,6%-dən 50,4%-ə yüksəlməsidir. Bu fakt universitetin Avropa alitəhsil məkanında mövqeyinin kəmiyyət və keyfiyyət baxımındanəhəmiyyətli dərəcədə möhkəmləndiyini, rəqabət qabiliyyətininnəzərəçarpacaq şəkildə artdığını, AzMİU-da tətbiq olunan stratejiidarəetmə modelinin, keyfiyyətyönümlü akademik siyasətin,beynəlxalq standartlara uyğun yanaşmanın tətbiqini göstərən mühümgöstəricidir.

Mübadilə əsasında təhsil alan xarici tələbələrin sayına görəölkə birincisi olan AzMİU “QS Europe 2026” reytinqi çərçivəsindəbir sıra əsas indikatorlar üzrə də müsbət dinamika nümayişetdirib:

• mübadilə proqramları vasitəsilə xaricə gedən tələbələrinnisbəti üzrə göstərici balı 40,0-a;

• mübadilə proqramları çərçivəsində universitetə gələntələbələrin nisbəti üzrə göstərici balı 39,0-a;

• fakültə–tələbə nisbəti üzrə göstərici balı 38,9-a;

• işəgötürənlər arasında reputasiya göstəricisi 36,0-a;

• dayanıqlılıq göstəricisi 34,2-yə;

• akademik reputasiya göstəricisi 31,1-ə;

• məzunların məşğulluq nəticələri üzrə göstərici 28,9-a;

• əcnəbi tələbələrin müxtəlifliyi üzrə göstərici 18,0-a;

• əcnəbi fakültə üzvlərinin nisbəti üzrə göstərici 14,4-ə;

• fakültə üzvünə düşən elmi məqalələrin sayı üzrə göstərici isə1,9 yüksəlib.

Bu nəticə AzMİU-da tədris keyfiyyətinin sistemli şəkildəyüksəldilməsi, elmi-tədqiqat fəaliyyətinin stimullaşdırılması,professor-müəllim heyətinin potensialının gücləndirilməsi,beynəlxalq akademik şəbəkələrə inteqrasiyanın dərinləşdirilməsi vədayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə tətbiqiistiqamətində həyata keçirilən kompleks tədbirlərin məntiqinəticəsidir.

Universitet rəhbərliyi gələcəkdə də beynəlxalq tədqiqatəməkdaşlıqlarının genişləndirilməsini, qlobal akademikreputasiyanın daha da gücləndirilməsini, təhsil proqramlarınınbeynəlxalq akkreditasiyasını, məzunların beynəlxalq əmək bazarındarəqabət qabiliyyətlərinin artırılmasını prioritet kimimüəyyənləşdirib.

Bu məqsədlə AzMİU beynəlxalq reytinqlərdə mövqeyini daha dayüksəltməyə, Avropa və qlobal ali təhsil məkanında dayanıqlı,tanınmış universitetlər sırasında yerini möhkəmləndirməyə yönəlmişfəaliyyətini sistemli şəkildə davam etdirməyi hədəfləyir.

AzMİU
AzMİU
AzMİU
Избранный
53
2
az.trend.az

4Источники