RU

Arterial hipertenziya ilə mübarizə: Lənkəranda yeni layihəyə start verilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Lənkəran, 28 yanvar, İlkin Adıyev, AZƏRTAC

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) arterial hipertenziya ilə mübarizəyə həsr olunmuş “Hədəf 130/80” layihəsinin təqdimat mərasimi təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və “Servye Azərbaycan” MMC-nin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi qeyri-infeksion xəstəliklərin profilaktikası baxımından xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin əsas prioritetlərindən birinə çevrilib. Xüsusilə arterial hipertenziya ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biri kimi ciddi diqqət tələb edir.

Vurğulanıb ki, layihənin əsas məqsədi əhali arasında arterial təzyiqə nəzarətin gücləndirilməsi, erkən diaqnostikanın təşviqi, sağlam həyat tərzinin təbliği və həkim–pasiyent münasibətlərində maarifləndirici yanaşmanın artırılmasıdır.

Təqdimatdan sonra layihə çərçivəsində əhali arasında və tibb müəssisələrində təbliğat-təşviqat kampaniyasının aparılması, metodiki yanaşmalar, maarifləndirici və profilaktik tədbirlərin təşkili ilə bağlı treninq keçirilib. Treninq zamanı tibb işçilərinə hipertenziyanın idarə olunması, risk qruplarının müəyyənləşdirilməsi və düzgün müalicə strategiyalarının tətbiqi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, “Hədəf 130/80” layihəsinin regionlarda həyata keçirilməsi əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasına və ürək-damar xəstəliklərinin azalmasına mühüm töhfə verəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
12
azertag.az

1Источники