Bakı. Trend:
Süni intellekt startapı "Anthropic"in rəhbəri Dario Amodeibildirib ki, bəşəriyyət “bir növ olaraq kimliyimizin sınandığı”yeni və riskli süni intellekt inkişaf mərhələsinə qədəm qoyur.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Onun sözlərinə görə, dünya bu risklərə qarşı daha ayıqolmalıdır.
Məşhur “Claude” çatbotunun yaradıcısı və şirkətin həmtəsisçisiolan Amodei narahatlıqlarını 19 min sözdən ibarət “Texnologiyanınyeniyetməliyi” adlı essesində ifadə edib. O, yüksək güclü süniintellekt sistemlərinin ortaya çıxmasını potensial olaraq qaçılmazproses kimi dəyərləndirib:
“İnanıram ki, biz həm mürəkkəb, həm də qaçılmaz bir keçidmərhələsinə daxil oluruq. Bu mərhələ bir növ olaraq kim olduğumuzuciddi şəkildə sınağa çəkəcək”, – deyə Amodei yazıb.
O vurğulayıb ki, 2023-cü ildə süni intellektin yaratdığıekzistensial risklər siyasi gündəmi zəbt etsə də, 2026-cı ildədünya artıq “real təhlükəyə xeyli yaxın” olacaq.
Amodei həmçinin, İlon Maska məxsus Grok süni intellekt sistemiətrafında yaranan qalmaqallara, o cümlədən cinsiləşdirilmişdeepfeyklər və uşaqlara qarşı cinsi istismar materiallarınınyaradılması ilə bağlı xəbərdarlıqlara diqqət çəkib.
"Anthropic" rəhbəri “güclü süni intellekt” anlayışını biologiya,riyaziyyat, mühəndislik və yazı kimi sahələrdə Nobel mükafatılaureatından daha üstün intellektual imkanlara malik model kimitəsvir edib. Onun sözlərinə görə, bu cür sistemlər insanlaraistiqamət verə, onlardan öyrənə, kompüter mühitində fəaliyyətgöstərməklə yanaşı, robotları idarə edə və hətta öz ehtiyaclarıüçün yeni robotlar dizayn edə bilər.
Qeyd edək ki, Dario Amodei 2021-ci ildə ChatGPT-ni inkişafetdirən OpenAI-ın bir qrup keçmiş əməkdaşı ilə birlikdə Anthropicşirkətini təsis edib. Süni intellekt təhlükəsizliyi sahəsindətanınmış simalardan olan Amodei nəzarətsiz AI inkişafının yaratdığırisklər barədə mütəmadi xəbərdarlıqları ilə tanınır.