RU

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasız rejim təklif edib

Bakı. Trend:

Azərbaycan Bosniya və Herseqovina vətəndaşları üçün vizasızgediş-gəliş rejiminin yaradılması ilə bağlı prosesin başlanmasınıtəklif edib.

Trend xəbər verir ki, bunuAzərbaycanın Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev“Sarajevo Times” nəşrinə verdiyi müsahibədə bildirib.

Səfir qeyd edib ki, Azərbaycan əməkdaşlığa, qarşılıqlı hörmətəvə sülh şəraitində inkişafa önəm verir, Bosniya və Herseqovinanıisə dost və strateji əhəmiyyətə malik tərəfdaş kimi dəyərləndirir.Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin hər ikixalqın və gələcək nəsillərin rifahı naminə daha da möhkəmlənəcəyinəəminlik var. Bu baxımdan Azərbaycan turizm və biznes sahələrinininkişafını təşviq etməyi qarşısına məqsəd qoyub və bunun xalqlararasında yaxınlaşmanı gücləndirəcəyinə, vətəndaşlar üçün müsbətnəticələr yaradacağına inanır. Bosniya və Herseqovina vətəndaşlarıüçün vizasız rejimin tətbiqinə dair təşəbbüs səyahət, turizm vəsosial əlaqələri xeyli asanlaşdıracaq.

Избранный
31
1
az.trend.az

2Источники