RU

​İrana doğru nəhəng armada irəliləyir -

İrana doğru nəhəng armada irəliləyir. Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp belə açıqlama verib. O, sosial media hesabındakı paylaşımında bunun Venesuelaya göndərilən və böyük təyyarədaşıyan gəmi olan "Avraham Linkoln"un rəhbərlik etdiyi donanmadan daha böyük donanma olduğunu qeyd edib. Trampın sözlərinə görə, ordu Venesuelada olduğu kimi, lazım gələrsə, öz missiyasını tez və güclü şəkildə yerinə yetirməyə hazırdır, istəklidir və qadirdir.

Tramp bildirib ki, Tehran razılığa gəlməsə irimiqyaslı hücumla üzləşəcək. O, İranı danışıqlar masasına gəlməyə və ədalətli razılaşma üçün danışıqlar aparmağa çağırıb və bu razılaşmanın nüvə silahlarını əhatə etməyəcəyini vurğulayıb.

Избранный
73
3
metbuat.az

2Источники