RU

Fed-in faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fed-in faiz dərəcələrini dəyişməz saxlayacağı gözlənilir.

Banco.azxəbər verir ki, ABŞ Mərkəzi Bankı (Fed) bu gün ilin ilk faiz qərarını açıqlayacaq. 

Qərar Bakı vaxtı ilə saat 23:00-da, Fed sədri Cerom Pauellin mətbuat konfransı isə saat 23:30-da keçiriləcək.

Əvvəlki üç iclasda faiz endiriminə gedən Fed-in bu iclasda uçot dərəcsi aralığını 3,50–3,75 faiz səviyyəsində sabit saxlaması gözlənilir. Bu səbəbdən iclasın əsas diqqət mərkəzinin faiz dərəcələrindən daha çox son dövrlərdə gündəmə gələn müzakirə mövzuları olacağı proqnozlaşdırılır.

Bu iclas Fed-in keçmişdə həyata keçirilmiş bina renovasiyası ilə bağlı məhkəmə çağırışından sonra baş tutan ilk iclas olacaq. Eyni zamanda Ali Məhkəmə Donald Trampın ipoteka müraciətində qanunsuzluq etməkdə ittiham etdiyi Fed idarə heyətinin üzvü Liza Kukun vəzifədən uzaqlaşdırılması təşəbbüsü ilə bağlı arqumentləri yaxın vaxtlarda dinləyib.

Bu çərçivədə Pauellin mətbuat konfransında Fed-ə yönəlik siyasi təzyiqlər, mərkəzi bankın müstəqilliyi və səlahiyyət müddəti may ayında başa çatdıqdan sonra atacağı addımların gündəmə gəlməsi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
78
33
banco.az

10Источники