Bakı. Trend:
Federal Ehtiyat Sisteminin rəhbərliyi hesab edir ki, ABŞ-dəməşğulluq artımının zəifləməsi immiqrasiya axınının azalması iləəlaqədar ola bilər.
Trend xəbər verir ki, bufikirləri Federal Ehtiyat Sisteminin İdarə Heyətinin sədri CeromPauell mətbuat konfransı zamanı səsləndirib.
Onun sözlərinə görə, son bir il ərzində məşğulluq artım tempininaşağı düşməsinin mühüm hissəsi immiqrasiyanın və işçi qüvvəsindəiştirak səviyyəsinin azalması fonunda işçi qüvvəsinin genişlənməsürətinin zəifləməsi ilə izah olunur. Bununla yanaşı, Pauell qeydedib ki, işçi qüvvəsinə tələbat da açıq şəkildə azalıb.
FES rəhbəri əlavə edib ki, iş yerlərinin sayı, işdən çıxarmalar,işə qəbul göstəriciləri və nominal əmək haqqı artımı kimi digərəsas göstəricilər son aylarda ümumilikdə sabit qalıb.