RU

Monqolustanda qızılca xəstəliyinə yoluxanların sayı 14 mini keçib



Monqolustanda qızılca hallarının sayı 14002-yə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Milli Yoluxucu Xəstəliklər Mərkəzi məlumat verib.

Mərkəzdən bildirilib ki, 27 yanvar tarixinə 13.967 qızılca xəstəliyi qeydə alınıb, onlardan 12-si ölümlə nəticələnib. İki gün sonra, 29 yanvarda bu infeksiyaya yoluxanların sayı 14.002-yə çatıb. Ən yüksək yoluxma nisbəti 10-14 yaş qrupundadər ki, bu kateqoriya üzrə 5.183 hal qeydə alınıb. Həmçinin, 0-4 yaşlarında 3.330 uşaq, 5-9 yaşlarında 1.806 uşaq və 15-19 yaşlarında 1.751 yeniyetmə qızılca xəstəliyinə tutulub.

Daha əvvəl ictimaiyyətə xəbərdarlıq edilmişdi ki, 1 yanvar 2011-ci il ilə 31 dekabr 2016-cı il arasında anadan olmuş 10-15 yaşlı uşaqlara 6 fevral 2026-cı ilə qədər əlavə qızılca və məxmərək peyvəndləri vurulacaq. Bu peyvəndlər məktəblərdə qış tətili bitdikdən sonra yoluxma riskinin artması ilə əlaqədardır. Çünki burada xəstəlik hallarının əksəriyyəti qeydə alınıb.

Anar
Избранный
26
1
newscenter.az

2Источники