RU

Alimlər COVID-19-dan sağalan xəstələrdə qoxu hissini bərpa etməyin yolunu tapıblar

Qoxu təlimi COVID-19-dan sonra qoxu hissini itirən şəxslərdə bu duyğunun yenidən bərpasına kömək edə bilər.

Editor.az xəbər verir ki, Seçenov Universitetinin mətbuat xidmətinin məlumatına görə, qoxu təlimi qoxu pozuntuları olan xəstələr üçün dərmansız müalicə üsuludur. Bu metod gün ərzində bir neçə dəfə, hər biri təxminən on saniyə davam edən dörd fərqli qoxuya məruz qalmanı nəzərdə tutur.

Seçenov Universitetinin qulaq-burun-boğaz mütəxəssisləri bu metodu təkmilləşdiriblər. Qoxuların müəyyən ardıcıllıqla ötürülməsi üçün avtomatlaşdırılmış avadanlıq və proqram təminatından istifadə olunur. Təlim zamanı xəstələr qoxuları tanımaq və bir-birindən ayırd etmək məqsədilə müxtəlif məşqlər yerinə yetirirlər.

Metodika həmçinin qoxu təlimi prosesində beyində baş verən və müalicənin nəticəsinə təsir edən dəyişikliklərin obyektiv qiymətləndirilməsinə imkan verən elektroensefaloqrafiya (EEQ) müayinəsini də əhatə edir.

Aparılan sorğuların nəticələrinə görə, infeksiyadan sonra qoxu pozuntusu yaşayan xəstələrin əksəriyyəti psixoemosional vəziyyətlərində, o cümlədən narahatlıq və depressiya əlamətlərində dəyişikliklər müşahidə olunduğunu bildirir.

Seçenov Universitetinin Qulaq-Burun-Boğaz Klinikası direktorunun sözlərinə görə, COVID-19-dan sonra qoxu hissini itirən şəxslər üçün hazırda nə dərman, nə də cərrahi müalicə mövcuddur. Qavrayışın bərpasının yeganə yolu qoxu təlimidir. O əlavə edib ki, ilkin məlumatlar bu cür təlimlərin effektiv olduğunu göstərir.

//Gülnarə Abasova, Editor.az

Избранный
13
editor.az

1Источники