RU

Xanmusa Atakişiyevin 70 illik yubileyi qeyd olunub

Ses qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yeni Azərbaycan Partiyası Qobustan rayon təşkilatı tərəfindən partiyanın veteran üzvlərindən olan, Qurbançı kənd sakini, Xanmusa Atakişiyevin 70 illik yubileyi münasibətilə onunla rayon təşkilatının qərargahında görüş keçirilib.

Görüşdə Qurbançı kənd ərazi partiya təşkilatının sədr müavini Rəsmiyyə Tağıyeva, YAP Qobustan rayon təşkilatının əməkdaşları Elməddin Hüseynov, Xəyal Çələbi və Həzərxan Nəbiyev iştirak ediblər. YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov Xanmusa Atakişiyevlə söhbətində qeyd edib ki, yubilyar YAP rayon təşkilatının yarandığı gündən partiya sıralarına üzv olub.

Yubilyar uzun illər icra nümayəndəsi, kolxoz sədri, bələdiyyə sədri vəzifələrində işləyib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov daha sonra yubilyarı təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür, səadət dolu günlər arzulayıb.

Görüşün sonunda partiya veteranı Xanmusa Atakişiyevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə Fəxri Fərman və xatirə hədiyyəsi təqdim edilib.

Sonda çıxış edən partiya veteranı Xanmusa Atakişiyev göstərilən diqqət və qayğıya görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduğunu söyləyib.

Yubilyarla xatirə şəkilləri çəkilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
sesqazeti.az

1Источники