RU

ABŞ -da qalmaqal: Məxfi sənədlər ChatGPT-yə yükləndi

ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) rəhbərliyində ciddi təhlükəsizlik insidenti baş verib.

Vətəninfo.az xəbər verir ki, “Politico”nun mənbələrə istinadən yaydığı məlumata görə, agentliyin rəhbəri vəzifəsini icra edən Madhu Gommumukkala təsadüfən xidməti xarakterli materialları ChatGPT platformasında ictimai söhbətə yükləyib.
Hadisə 2025-ci ilin yayında baş verib. Yüklənmiş materiallar rəsmi olaraq məxfi sənədlər kateqoriyasına daxil olmasa da, üzərində “yalnız rəsmi istifadə üçün” qeydi olan məlumatları əhatə edib.

CISA-nın fəaliyyətinə nəzarət edən ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) insidentlə bağlı araşdırmaya başlayıb. Araşdırmanın nəticələri hələlik açıqlanmayıb.

Qeyd edək ki, ChatGPT-də yaradılan söhbətlər standart olaraq açıq olur və istifadəçi onları silmədiyi halda, birbaşa keçid vasitəsilə digər şəxslər tərəfindən görüntülənə bilər. Söhbətlər silinsə belə, arxivləşdirilmiş materiallar platformanın inkişafı məqsədilə OpenAI mütəxəssisləri tərəfindən nəzərdən keçirilə bilər.

Xatırladaq ki, ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi ölkənin kritik infrastrukturunun və mühüm şəbəkələrinin Rusiya, Çin və digər potensial düşmən ölkələrdən gələn kiberhücumlara qarşı qorunmasına cavabdeh əsas qurumlardan biridir.

Hadisə ABŞ-da dövlət qurumlarında süni intellekt alətlərindən istifadənin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Избранный
15
veteninfo.az

1Источники