RU

Bu evlərə "kupça" almaq olmur

Azərbaycanda daşınmaz əmlak bazarında ən çox müzakirə olunan və insanları düşündürən məsələlərdən biri də çıxarışsız (kupçasız) evlərdir. Xüsusilə illər əvvəl tikilmiş, alqı-satqısı aparılmış, lakin rəsmi sənədləri qaydasında olmayan evlərin hüquqi taleyi bir çox vətəndaş üçün aktualdır. Bəs kupçası olmayan evlərə sonradan kupça almaq mümkündürmü?

Aznews.az xəbər verir ki, Əmlak eksperti Elnur Azadovaçıqlamasında bildirib ki, daşınmaz əmlakın ərsəyə gəlməsi müvafiq qanunvericiliklə tənzimlənir. Yəni hər hansı tikili inşa olunmazdan əvvəl onun layihələndirilməsi və təsdiqi prosesi həyata keçirilməlidir. Burada isə müxtəlif məqamlar mövcuddur:

“Məsələn, əgər söhbət yeni tikilidən, xüsusilə də çoxmənzilli binadan gedirsə, həmin binanın mütləq istismara qəbul aktı olmalıdır. Bina Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara qəbul edildikdən sonra çıxarışın verilməsi ilə bağlı adətən problem yaranmır. İstisna hal odur ki, əgər binanın istismara qəbul aktı yoxdursa, bu halda çıxarışın verilməsi də mümkün olmur”.

Избранный
76
3
aznews.az

10Источники