RU

“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini - innovativ reklam platformasını istifadəyə verib. Yeni həll bizneslərə fərdiləşdirilmiş SMS xidməti vasitəsilə real alıcılara daha effektiv və operativ şəkildə çatmaq, müxtəlif marketinq kampaniyalar zamanı daha dərin və detallı seqmentasiya aparmaq imkanı yaradır.

Platforma sayəsində biznes tərəfdaşlar “Azerconnect Group”un geniş müştəri bazasından yararlanaraq öz məhsul və xidmətləri barədə məlumatı birbaşa hədəf auditoriyaya təqdim etmək imkanı əldə edirlər. İstifadəçi davranışları və xüsusiyyətlərinə  uyğun geniş seqmentasiya imkanları  SMS-lərin potensial alıcılara göndərilməsini təmin edir, müştərilərin marağını və kampaniyaların səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Rahat və intuitiv interfeys vasitəsilə isə marketinq kampaniyalarını sərbəst şəkildə yaratmaq, planlaşdırmaq və sürətli şəkildə həyata keçirmək mümkündür. Bundan əlavə, platforma görülən işləri real vaxt rejimdə izləməyə və nəticələri dəyərləndirməyə imkan verir.

“Azerconnect Group”un təqdim etdiyi innovativ AdTech xidmətindən faydalanmaq üçün [email protected] -a yazmaq kifayətdir.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Azerconnect Group AdTech xidməti innovativ reklam platforması korporativ tərəfdaşlar SMS marketinq fərdiləşdirilmiş mesajlar hədəf auditoriya seqmentasiya imkanları istifadəçi davranışı analizi marketinq kampaniyaları real vaxt monitorinqi kampaniya səmərəliliyi intuitiv interfeys rəqəmsal xidmətlər FinTech Media/TV NEQSOL Holding yüksək texnologiyalar telekommunikasiya mobil və internet xidmətləri.
Избранный
35
8
marja.az

9Источники