RU

“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib

Bakı. Trend:

Ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group” korporativtərəfdaşları üçün AdTech xidmətini - innovativ reklam platformasınıistifadəyə verib. Yeni həll bizneslərə fərdiləşdirilmiş SMS xidmətivasitəsilə real alıcılara daha effektiv və operativ şəkildə çatmaq,müxtəlif marketinq kampaniyalar zamanı daha dərin və detallıseqmentasiya aparmaq imkanı yaradır.

Platforma sayəsində biznes tərəfdaşlar “Azerconnect Group”ungeniş müştəri bazasından yararlanaraq öz məhsul və xidmətləribarədə məlumatı birbaşa hədəf auditoriyaya təqdim etmək imkanı əldəedirlər. İstifadəçi davranışları və xüsusiyyətlərinə uyğun genişseqmentasiya imkanları SMS-lərin potensial alıcılara göndərilməsinitəmin edir, müştərilərin marağını və kampaniyaların səmərəliliyiniəhəmiyyətli dərəcədə artırır. Rahat və intuitiv interfeysvasitəsilə isə marketinq kampaniyalarını sərbəst şəkildə yaratmaq,planlaşdırmaq və sürətli şəkildə həyata keçirmək mümkündür. Bundanəlavə, platforma görülən işləri real vaxt rejimdə izləməyə vənəticələri dəyərləndirməyə imkan verir.

“Azerconnect Group”un təqdim etdiyi innovativ AdTech xidmətindənfaydalanmaq üçün [email protected] -a yazmaqkifayətdir.

“Azerconnect Group” haqqında

Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksəktexnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil,internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech,Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group”müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalarvə tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding"beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Избранный
16
8
az.trend.az

9Источники