RU

Martda attestat imtahanı verib, iyuna qədər dərsə niyə gedirlər? TƏHSİLDƏ PROBLEM

Lent az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məktəblərdə 11 siniflərin buraxılış imtahanı hər il mart ayında keçirilir və onun əsasında attestat verilir.  Lakin martdan sonra şagirdlərin dərsə davamiyyəti xeyli zəifləyir. “Əsas attestat imtahanı verdim, məktəbə getməyə daha ehtiyac yoxdur”, düşüncəsi danılmazdır ki, şagirdlərin əksəriyyətinin ağlından keçir. Maraqlıdır ki, əgər attestat imtahanı martda verilirsə, onda nəyə görə dərslər iyuna qədər uzadılır? Yaxud proqram tam bitməyibsə, o zaman nəyə görə imtahan tədris ilinin yekununa yox, əvvəlinə salınır?

İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, Dövlət İmtahan Mərkəzi imtahana orta ümumi təhsil məktəblərində mart ayına qədər keçilən tədris proqramına uyğun suallar salır:

“Buraxılış imtahanına qədər keçilən mövzular harada yekunlaşırsa, sualları da, məhz o hissəyə qədər tərtib edirlər, yəni mövzularla bağlı şagirdlərin problemi olmur. Lakin əsas məsələ buraxılış imtahanından sonra şagirdlərin məktəbdəki davamiyyətidir. Attestat almaq üçün buraxılış imtahanının rolu böyükdür. Həmin imtahanı verən şagird isə digər aylarda məktəbdən yayınmağa çalışır, dərslərə getmək istəmir. Bu baxımdan yaxşı olar ki, buraxılış imtahanı aprel ayından sonra keçirilsin. Belə olduqda, şagirdlər ən azından 1 ay (mayda  məktəbə laqeyd yanaşardılar. Təəssüf ki, mart ayında imtahan verəndən sonra şagirdin məktəbə getməsi qəliz məsələyə çevrilir. Bunu müəllimlər, məktəb rəhbərliyi, hətta valideynlər də təsdiqləyirlər.

DİM buraxılış imtahanlarını ona görə martda keçirir ki, nəticələrin açıqlanması 3-4 həftəni çəkir, yazılı sualların yoxlanılması xeyli zaman tələb edir. Buraxılış imtahanını digər aylara keçirə bilməməklərinin səbəbi isə digər imtahanlarla – hər iki blok, dövlət dili (Azərbaycan) dili, eləcə də, qabiliyyət imtahanları ilə toqquşmanın yaranmasıdır. Həmçinin belə olduqda, ixtisas seçiminin aparılması, nəticələrin açıqlanması da yubanır.

Hesab edirəm ki, yaxın gələcəkdə imtahanlar elektron formata keçəcək və imtahan nəticələri də daha tez açıqlanacaq. Bu halda DİM üçün müəyyən qədər zaman itirmə məsələsi həll olmuş olar”.

Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Xanlar Xanlarzadə Lent.az-a açıqlamasında bildirildi ki, yazılı cavab tələb edən tapşırıqların yoxlanılması markerlər tərəfindən həyata keçirilir və vaxt tələb edir:

“2017-ci ildən etibarən 9-cu siniflərdə, 2019-cu ildən isə 11-ci siniflərdə tətbiq olunan modelə əsasən, imtahanlarda qapalı tipli tapşırıqlarla yanaşı, yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunmağa başlanılıb. Həmin vaxtdan etibarən imtahanlar mart-aprel aylarında keçirilir. Çünki yazılı cavab tələb edən tapşırıqların yoxlanılması markerlər tərəfindən həyata keçirilir və vaxt tələb edir.

Bundan başqa, nəzərə alınmalıdır ki, fənn kurikulumlarına görə 1-ci sinifdən 11-ci sinfədək ayrı-ayrı  fənlər üzrə məzmun xətləri dəyişmir. Sadədən mürəkkəbə doğru məzmun standartlarının tələbləri dəyişir. Aşağı siniflərdən başlayaraq məzmun standartlarının tələblərinə görə müəyyən bacarıqlar formalaşır. Kurikulumların mahiyyətinin yalnız  biliklərin verilməsi deyil, bacarıqların formalaşması olduğundan, buraxılış imtahanlarında  əsas etibarı ilə bacarıqlar yoxlanılır və qiymətləndirilir”.

Şöbə müdiri qeyd etdi ki, imtahanların mart-aprel aylarında keçirilməsi narahatlıq yaratmamalıdır:

“Tədris proqramlarına görə xarici dil fənni üzrə 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Ona görə də imtahanların mart-aprel aylarında keçirilməsi iştirakçılarda narahatlıq yaratmamalıdır. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
lent.az

2Источники