RU

Vətəndaşlara dövlət vəsaiti hesabına çıxarışların verilməsi davam etdirilir - Nigar Alimova

Bakı.Trend:

Prezident İlham Əliyevin imzaladığı “Torpaq münasibətlərinintənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 1455 nömrəlifərmanın icrası bu il də davam edir. Bu fərman vaxtilə torpaq almışvətəndaşlara dövlət vəsaiti hesabına çıxarışların verilməsi iləbağlı olan məsələləri əhatə edir.

Trend xəbərverir ki, bu fikirləri bu gün Daşınmaz Əmlakın Dövlət Kadastrı vəReyestri PHŞ-nin sədri Nigar Alimova “2025-ci il ərzində görülmüşişlər və qarşıda duran hədəflər” mövzusunda mətbuat konfransındadeyib.

Qurum rəsmisi qeyri-yaşayış obyektlərinə amnistsiya kimi qəbuledilən 2181 nömrəli fərman haqında da məlumat verib:

“Bu fərmana əsasən, 2025-ci il ərzində 23587 müraciətin icrasıtəmin edilib. Qeyri -yaşayış obyektləri üzrə yer quruluşuhazırlanaraq elektron sistemə daxil edilib. Bu il sistemə 5260şəxsin sənədi daxil olub. Bunlardan 4602 nəfərə çıxarış verilib.Digərləri icra mərhələsindədir. Bu fərmana qədər həmin tikililərözbaşına statusunda idilər”.

Избранный
57
az.trend.az

1Источники