RU

BDYPİ xəbərdarlıq etdi

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma başlanılmış və müəyyən edilmişdir ki, 23 yanvar 2026-cı il tarixində Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi “Chevrolet Cobalt”markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilmiş, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılmışdır.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılmış və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüşdür.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir.

Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcəkdir.

Избранный
35
teleqraf.com

1Источники