RU

Nigar Alimova: "Bələdiyyələrin torpaq sənədləşməsi səlahiyyətləri məhdudlaşdırılıb"

Azərbaycanda bələdiyyələrin torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı səlahiyyətləri məhdudlaşdırılıb.

"Far.Az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədri Nigar Alimova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bələdiyyələr yalnız 2007-ci ilə qədər torpaq sahələri üzrə sənədləşmə apara bilirdi, həmin tarixdən sonra bu sahədə sənəd verilməsi dayandırılıb.

Sədr bildirib ki, sonrakı dövrdə inşa edilən və müvafiq hüquqi sənədləri olmayan tikililərlə bağlı məsələlərin həlli qanunvericilik çərçivəsində tənzimlənir.

Избранный
46
1
far.az

2Источники