RU

“Prosesin real razılaşmaya çevrilməsi konkret addımlarla mümkün olacaq”

“Prosesin

“Kürd mənbələrinin Middle East Eye nəşrinə verdiyi məlumatda yer alan Kobani görüşü, Suriya rəhbərliyinin kürd məsələsində dialoqa açıq xətt tutduğunu göstərir. Əhməd əş-Şəraanın təkcə Suriya Demokratik Qüvvələrinə yaxın fiqurlarla deyil, həm də bu qüvvələrə tənqidi yanaşan kürd ictimai xadimləri ilə qapalı formatda görüş keçirməsi, prosesə daha geniş legitimlik qazandırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Bu fikiləri xalqcəbhəsi.az-a açıqlamasında Yaxın Şərq ölkələri üzrə ekspert Vüqar Zifəroğlu deyib.

O qeyd edib ki, görüş zamanı kürdlərin mülki və mədəni hüquqlarının qorunacağına dair verilən zəmanətlər və yaxın zamanda elan olunmuş bəyannamənin tam icrasının vurğulanması rəsmi Dəməşqin kürd icmasını yeni Suriya dövlətinin tərkib hissəsi kimi qəbul etmək niyyətini nümayiş etdirir: “Bu, uzun illər mərkəzi hakimiyyətlə kürdlər arasında formalaşmış etimadsızlıq fonunda mühüm siyasi mesajdır. Bununla belə, söhbət hələlik potensial razılaşmaya aparan yolun başlanğıcından gedir. Real və davamlı razılaşma üçün bir neçə əsas məsələ açıq qalır. İlk növbədə, kürd siyasi dairələrinin bir hissəsi daha geniş inzibati və siyasi muxtariyyət tələb edir, Dəməşq isə haqlı olaraq vahid dövlət modeli çərçivəsindən kənara çıxmaq istəmir”.

V.Zifəroğlunun bildirdiyinə görə, ikinci mühüm məqam təhlükəsizlik məsələsidir: SDF-nin gələcək statusu, silahlı qüvvələrin inteqrasiyası və ya tərksilahı ilə bağlı konkret mexanizmlər hələ müəyyənləşməyib: “Üçüncü və ən həssas məsələ isə tərəflərin qarşılıqlı etimadıdır. Prosesin real razılaşmaya çevrilməsi yalnız bəyanatlarla deyil, hüquqi, institusional və təhlükəsizlik sahəsində atılacaq konkret addımlarla mümkün olacaq. Bu baxımdan, sözügedən görüşü razılaşmaya aparan yolun başlanğıcı kimi qiymətləndirmək olar, amma həlledici mərhələ hələ qarşıdadır”.

Röya İsrafilova

Избранный
2
1
xalqcebhesi.az

2Источники