RU

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 73-ə çatıb

ABŞ-ni cənginə alan qar fırtınası nəticəsində ən azı 73 nəfər ölüb.
 
Moderator.az xəbər verir ki, məlumatı "CBS News" yayıb.
 
Kanalın məlumatına görə, 49 şəxs birbaşa fırtınaya düşərək həyatını itirib.
 
Müxtəlif ştatlardan gələn məlumatlarda təbii fəlakətlə əlaqəli daha 24 ölüm halı qeydə alınıb.
 
Bunların pis hava şəraiti üzündən hipotermiya, nəqliyyat qəzaları və qarı əllə təmizləyərkən ürək çatışmazlıqlarından baş verdiyi göstərilir.
 
Ölüm halları Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Tennessi və Texas ştatlarında qeydə alınıb.
 
Fırtına ABŞ-də 200 milyondan çox insanın həyatına təsir edib, bəzi yerlərdə 50 santimetrdən çox qar yağıb. Əlverişsiz hava səbəbindən ötən həftəsonundan bəri ölkə daxilində on minlərlə uçuş ləğv edilib. Cənub-şərqi Tennessi və Missisipi ştatlarında təxminən 300 min insanın evinin elektrik enerjisi ilə təchizatı hələ də mümkün olmayıb.
 
Milli Hava Xidməti bəzi ştatların son onilliklərin ən sərt və uzun soyuq dövrü ilə qarşılaşa biləcəyini proqnozlaşdırır.
 
Избранный
25
1
moderator.az

2Источники