RU

"KTMT-yə üzv olan bütün ölkələrin Azərbaycanla münasibətləri Ermənistanla müqayisədə xeyli yaxşıdır"

“KTMT ilə münasibətlərdə ümumiyyətlə problem yoxdur. KTMT ilə bağlı məndə də müəyyən məyusluq var və bu, onunla bağlıdır ki, Rusiyadan başqa KTMT-yə üzv olan bütün ölkələrin Azərbaycanla münasibətləri Ermənistanla müqayisədə xeyli yaxşıdır”.

Bunu Ermənstanın ikinci prezidenti Robert Köçəryan bu gün keçirilən mətbuat konfransında deyib.

“Bu, artıq bizim üçün problemdir. Biz KTMT ilə münasibətləri korlamamaq üçün nə etmişik? Əksinə, bu mənzərənin yaranması üçün hər şeyi etmişik. Biz KTMT-yə belə baxmalıyıq: Rusiya olmadan KTMT nədir? Heç nə. KTMT-yə rusiyamərkəzli bir qurum kimi baxmalıyıq və biz Rusiya ilə iş görürük. Lukaşenkonu unudun, Mərkəzi Asiya ölkələrini unudun”, - deyə o bildirib.

Избранный
19
herbiand.az

1Источники