RU

"Qarabağ" 2500, "Neftçi" 2000 manat cərimələndi

AFFA İntizam Komitəsi "Qarabağ"ı 2500, "Neftçi"ni 2000 manat cərimələyib.

"Football-plus.az" xəbər verir ki, buna Misli premyer-liqasının 17-ci turunda yaşananlar səbəb olub. Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşmadan sonra meydana kənar şəxsin daxil olması ucbatından ziyana düşüb.

Bakı təmsilçisi isə "Zirə" ilə görüşdə oyun günü planı pozulduğu üçün cərimələnib.

Bundan əlavə, "İmişli" "Araz-Naxçıvan"la matçda 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Araz-Naxçıvan"ın dörd futbolçusu sözügedən oyunda sarı vərəqə aldığından klubu 700 manat ziyana salıblar.

"Sabah"da isə "Karvan-Yevlax"la qarşılaşmada beş nəfər eyni halla üzləşib, "bayquşlar"a 700 manat cərimə tətbiq olunub.

Избранный
108
13
football-plus.az

10Источники