RU

"Vensin səfərindən sonra regionda çox böyük dəyişikliklər baş verə bilər" - AÇIQLAMA

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralda Vaşinqtonun Cənubi Qafqazda davam edən sülh səylərinin bir hissəsi olaraq Azərbaycan və Ermənistana səfər edəcək. Bu haqda ABŞ Prezidenti Donald Tramp məlumat verib. Onun sözlərinə görə, Vensin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesini daha da irəli aparmağa, eləcə də “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan yolun həyata keçirilməsinə yönəlib.

Vensin səfəri sülh prosesinə, o cümlədən regional məsələlərə necə təsir göstərə bilər?

Redaktor.az-a danışan Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımovun sözlərinə görə, Vensin Azərbaycan və Ermənistana gözlənilən səfəri ABŞ Prezidenti Donald Tramp ilə Azərbaycan və Ermənistan rəhbərlərinin 2025-ci il 8 avqust tarixində imzaladıqları ikitərəfli və üçtərəfli sazişlərin həyata keçirilməsi üçün atılacaq addımlar üçün yeni mərhələdir:

"Göründüyü kimi, ABŞ bu sazişlərin həyata keçirilməsində, Azərbaycan və Ermənistanla münasibətləri yeni mərhələyə çıxarmaqda maraqlı görünür. Səfər zamanı hər iki ölkə ilə ayrı-ayrı mövzularda müzakirələrin olacağı, eyni zamanda, TRIPP yolunun həyata keçirilməsi üçün planların cızılacağı aydın olur. 
Bu səfərin Azərbaycan və Ermənistan arasında sülh prosesində yeni mərhələ olacağını da hesab etmək olar. Azərbaycanla strateji tərəfdaşlıq sazişinin məzmununun, həmçinin Azərbaycana silah satılmasının müzakirə edilməsi isə tarixi hadisə hesab olunur".

Siyasi şərhçi bildirdi ki, ABŞ vitse-prezidentinin səfəri regionda mövcud olan geosiyasi reallıqları dəyişmək baxımından xüsusi əhəmiyyət kəsb edir:

"Məsələ ondadır ki, İrana gözlənilən hərbi müdaxilə fonunda səfər xüsusi əhəmiyyət qazanır. Azərbaycan tərəfinin bu prosesdən gözləntiləri ABŞ tərəfinə çatdırılacaq. Hesab edirəm ki, Vensin bu səfərindən sonra regionda çox böyük dəyişikliklər baş verə bilər. ABŞ tərəfinin İran məsələsində Azərbaycanın həssas mövqeyini xüsusilə nəzərə alacağına ümid edirik".

Aytəkin TOFİQQIZI

Избранный
6
1
redaktor.az

2Источники