RU

Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsi iki dəfəyə yaxın artıb

Bakı. Trend:

2025-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarətəməliyyatlarının həcmi 1,141 milyard ABŞ dolları təşkil edib.

Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə460,5 milyon ABŞ dolları və ya 1,7 dəfə çoxdur.

Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsiAzərbaycanın ümumi ticarət dövriyyəsinin 2,31%-i həcmində olub.Bununla da Böyük Britaniya hesabat dövrü ərzində Azərbaycanın ənçox ticarət əməliyyatları apardığı ölkələr sırasında 8-ci pillədəqərarlaşıb.

Ötən il Azərbaycandan Böyük Britaniyaya 343,029 milyon dollarlıqməhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyonABŞ dolları və ya 15,9% azdır.

Dövr ərzində Böyük Britaniyaya ixrac əməliyyatlarının 336,9milyon ABŞ dolları bitumlu süxurlardan alınmış xam neft və xam neftməhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmiisə 648,3 min ton təşkil edib. 2024-cü illə müqayisədəAzərbaycandan Böyük Britaniyaya ixrac olunan bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsullarının ixracı dəyər ifadəsində59,2 milyon ABŞ dolları və ya 14,9%, həcm baxımından isə 11,3 minton və ya 1,7% azalıb.

Hesabat dövründə Böyük Britaniyadan Azərbaycana isə 797,8 milyonABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da2024-cü illə müqayisədə 525,2 milyon ABŞ dolları və ya 2,9 dəfəartım deməkdir.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.

Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildəixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyarddollar və ya 15,8% artıb.

Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldoyaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3dəfə azdır.

Избранный
79
8
az.trend.az

9Источники