RU

Gələn ay “Heydər Əliyev Ensiklopediyası”nın tam hazır maketi təqdim olunacaq

Bakı, 29 yanvar, AZƏRTAC

“Heydər Əliyev Ensiklopediyası”nın tam hazır maketini bu ilin fevral ayında AMEA-nın Rəyasət Heyətinə təqdim ediləcək.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, Azərbaycan Milli Ensiklopediya Elmi Mərkəzinin direktoru Tofiq Nağıyev deyib.

O bildirib ki, Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi 2025-ci ildə fəaliyyətini iki əsas istiqamətdə davam etdirib.

“Bunlardan biri Azərbaycan Milli Ensiklopediyasının növbəti 11-ci cildinin tamamlanıb çapa verilməsi, digəri Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanması olub. 2024-cü ildə “Heydər Əliyev Ensiklopediyası”nın Elmi Mərkəz tərəfindən hazırlanmış sözlüyü AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə edilərək, əlavə təklif və düzəlişlərlə təsdiq olunub. 2025-ci ildə sözlüyə uyğun olaraq, təqribən 2 cilddə nəzərdə tutulmuş məqalələr hazırlanıb və redaktə işləri başa çatmaq üzrədir”, - deyə Tofiq Nağıyev əlavə edib.

Избранный
28
azertag.az

1Источники