RU

“Qala Həyat Sığorta”nın maliyyə durumu bəlli oldu

“Qala Həyat Sığorta” ASC 2025-ci ili 10 milyon 62 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə sığorta şirkətinin mənfəəti 8 milyon 318 min manat olub ki, bu da illik müqayisədə 21% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 28 milyon 979 min manat (illik müqayisədə 5% çox), xərcləri 16 milyon 402 min manat (5% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 515 min manat (21% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 56 milyon 42 min manat, öhdəlikləri 24 milyon 270 minn manata, balans kapitalı isə 31 milyon 771 min manata çatıb.

Избранный
3
banker.az

1Источники