RU

Qeyri rəsmi nikaha görə aliment almaq olurmu?

ain.az bildirir, Gununsesi portalına istinadən.

Günümüzün əsas problemlərindən biri boşanma, daha dəqiq, boşanmadan sonrakı məsələlərdir.

Xüsusilə aliment məsələləri daha böyük problemləri özündə ehtiva edir.

Rəsmi nikahdan sonra kəsilən alimentlər bəllidir.

Bəs əgər nikah qeyri-rəsmidirsə?

Bu zaman aliment düşürmü?

Bu barədə Gununsesi.info-ya hüquqşünas Uğur Əliyev danışıb.

O bildirib ki, aliment qeyri-rəsmi nikah zamanı da olur:

“Ailə məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur. Bu vəzifə birmənalı olaraq uşaq yetkinlik yaşına çatanadək davam edir. Uşağın saxlanmasına qida, geyim, müalicə, istirahət və s. bu kimi tələblərin ödənilməsi daxildir. Rəsmi və ya qeyri rəsmi qurulan ailələrdə də qadın və ya kişinin aliment tələb etmək hüququ var və bu qanunla tənzimlənir. Bu zaman rəsmi nikahda olmağınıza baxmayaraq, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək lazımdır. Ailə Məcəlləsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan hesablanır”,- deyə o qeyd edib.

Hüquqşünas eyni zamanda deyib ki, nikahın pozulub-pozulmaması alimentin miqdarına təsir etmir.

Orxan

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
icma.az

1Источники