"Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əməkhaqqının işəgötürənin günahı ucbatından gecikdirilməsi fərdi əmək mübahisəsinə səbəb olmadığı halda, işəgötürən hər gecikmiş gün üçün işçiyə əməkhaqqının ən azı bir faizi miqdarında əlavə ödəniş etməlidir". Bu sözləri SİA-ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov deyib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına əsasən müəyyən etmək olar ki, əməkhaqqının gecikdirilməsinə görə edilən ödəniş kompensasiya xarakteri daşıyır: "Həmin qərarda “əmək münasibətləri çərçivəsində əməkhaqqının gecikdirilməsinə görə nəzərdə tutulmuş kompensasiya” ifadəsinin işlədilməsi də əməkhaqqının gecikdirilməsinə görə ödənişin kompensasiya xarakterli olduğunu təsdiqləyir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.10-cu maddəsi zərərin ödənilməsi ilə bağlı alınan kompensasiya xarakterli ödənişləri vergidən azad edir. Beləliklə, qanunvericiliyə əsasən, əməkhaqqının gecikdirilməsinə görə ödəniş kompensasiya xarakteri daşıyır və buna görə də vergiyə cəlb edilmir.
Əmək Məcəlləsinin 175-ci maddəsinə əsasən əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası aşağıdakı qaydada həyata keçirilir
- Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutulur.
- İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.
- İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
- Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
Əmək Məcəlləsinin 176-cə maddəsində deyilir ki, Hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Bu maddənin birinci və ikinci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir. Belə hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта