RU

Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşları artıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən sənaye və istehsal sektoruna qoyulmuşkreditlərin həcmi 1,692 milyard manata çatıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 12,6 milyon manatvə ya 0,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 94,1 milyonmanat və ya 5,9% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manattəşkil edib.

Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9,2% artım deməkdir.

Məqalədə:
Избранный
6
2
az.trend.az

3Источники