RU

İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın təklifini rədd etdi

İranın Ali Lideri Əli Xamenei ABŞ Prezidenti Donald Trampın uranın zənginləşdirilməsini tədricən dayandırmaq təklifini faktiki olaraq rədd edib.

“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, bir gün əvvəl çıxış edən Xamenei bu cür təşəbbüslərin İranın milli müstəqilliyi prinsiplərinə zidd olduğunu bildirib. Ayətullah vurğulayıb ki, “Amerikalı və digər tərəflərə deyirik: Niyə müdaxilə edir və Tehranın uranı zənginləşdirib-zənginləşdirməməsi barədə qərar verməyə çalışırsınız? Bu, sizin narahatlığınız deyil”.

İran rəhbərliyi hələlik Vaşinqtona rəsmi cavab göndərməyib. WSJ mənbəyinə görə, ABŞ imtina gözləyir və bu həftə sonu danışıqları davam etdirməyi planlaşdırır.

//Samir Qurbanov, Editor.az

Избранный
20
editor.az

1Источники