RU

Premyer Liqanın yeni siması: "Yaxşı mənada təəccübləndim"

"Sumqayıt"ın yeni transferi Emil Mustafayev Premyer Liqanın 17-ci turunda "Turan Tovuz"a məğlub olduqları görüşdən (1:2) sonra Sportinfo.az-a müsahibə verib.

- Niyə məğlub oldunuz?

- Ağır oyun oldu. Yaxşı mübarizə apardıq. Təəssüf ki, sonluq istədiyimiz kimi olmadı.

- İlk oyunundakı performansın barədə nələr deyə bilərsən?

- Öz oyunum haqqında nəsə demək mənə çətindir. Azarkeşlər, jurnalistlər və kənardan baxanlar oyunuma daha dəqiq qiymət verə bilərlər.

- Şəhər, klub, azarkeşlərlə bağlı ilk təəssüratların necədir?

- Yaxşı mənada təəccübləndim. Futbolçu üçün hər cür şərait var. Məşq meydançalarımız, stadionumuz çox yaxşıdır. Azarkeşlər 90 dəqiqə yanımızda oldular, dəstək göstərdilər. Çalışacağıq ki, oyundan-oyuna artıraq, müsbət nəticələrlə onları sevindirək.

- "Sumqayıt"a qoşulmağın uzun zaman aldı. Bu dövrü necə arxada qoydun?

- Əlbəttə, bir futbolçu üçün 5-6 ay futboldan kənarda qalmaq çox çətindir. İştirak ərizəsində yer almırdım, oyunlarda çıxış etmirdim, amma formada qalmaq üçün intensiv məşqlər edirdim. Mənim üçün ağır dövr oldu.

XANOĞLAN

Избранный
20
50
sportinfo.az

10Источники