RU

1/8 finalçılar, pley-offa adlayanlar, vidalaşanlar - Avroliqa

style='margin-bottom:10px;'>

Avropa Liqasında Liqa mərhələsinə yekun vurulub.

QOL.az xəbər verir ki, 8-ci turun matçlarından sonra 1/8 finala və pley-offa adlayan klubların, həmçinin mübarizəni dayandıran bütün komandaların adları dəqiqləşib.

Reqlamentə əsasən, ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarla vidalaşır.

Pley-offa adlayanlar sırasında Türkiyə təmsilçisi "Fənərbaxça" da var.

1/8 finala yüksələnlər

"Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyülland" (Danimarka), "Betis" (İspaniya), "Portu" (Portuqaliya), "Braqa" (Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya)

Pley-offçular

"Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferensvaoş" (Macarıstan), "Nottinqem Forest" (İngiltərə), "Viktoriya" (Çexiya), "Srvena Zvezda" (Serbiya), "Selta" (İspaniya), PAOK (Yunanıstan), "Lill" (Fransa), "Fənərbaxça" (Türkiyə), "Panatinaikos" (Yunanıstan), "Seltik" (Şotlandiya), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Xorvatiya), "Brann" (Norveç)

Mübarizəni başa vuranlar

"Yanq Boyz" (İsveçrə), "Şturm" (Avstriya), FCSB (Rumıniya), "Qo Ehed İqlz" (Niderland), "Feyenoord" (Niderland), "Bazel" (İsveçrə), "Zalsburq" (Avstriya), "Reyncers" (Şotlandiya), "Nitsa" (Fransa), "Utrext" (Niderland), "Malmö" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail)

*      *      *

Qeyd edək ki, pley-off mərhələsinin püşkü yanvarın 30-da atılacaq və Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Püşkatma zamanı 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-24-cü yeri tutanlar isə “səpələnməmişlər” səbətində yer alacaq. Yəni, 9-16-cı yeri tutan 8 komanda yalnız 17-24-cü yeri tutan 8 komandadan biri ilə qarşılaşacaq. 9 və ya 10-cu yerləri tutan klublar 23 və ya 24-cü yerləri tutan klublarla, 11/12 – 21/22 ilə, 13/14 – 19/20 ilə, 15/16 – 17/18 ilə üz-üzə gələcək.

Pley-off mərhələsinin qalibləri 1/8 finalda bu mərhələyə birbaşa yüksələn komandalarla qarşılaşacaqlar. 

Избранный
113
50
teleqraf.com

10Источники