RU

SÜRÜCÜNÜN Sərxoş halda törəTDİYİ HADİSƏYƏ QANUN NECƏ QİYMƏT VERİR?

Cəmiyyətdə bəzən belə bir yanlış fikir formalaşır ki, şəxs sərxoş vəziyyətdə cinayət törədibsə, məsuliyyətdən yayınmaq imkanı əldə edə bilər. Lakin qanun bu məsələyə birmənalı şəkildə aydınlıq gətirir.

Məlumata görə  Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən, alkoqollu içkilərin, narkotik vasitələrin və ya digər güclü təsir edən maddələrin qəbulu nəticəsində sərxoş halda cinayət törədən şəxs cinayət məsuliyyətindən azad olunmur.

Cinayət Məcəlləsində sərxoş vəziyyətdə cinayət törədilməsi cəzanı nə yüngülləşdirən, nə də birbaşa ağırlaşdıran hal kimi nəzərdə tutulmayıb. Bununla belə, məhkəmə baxışı zamanı bu hal təqsirləndirilənin şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən amil kimi nəzərə alına bilər.

Qanunvericiliyə görə, sərxoşluq cinayətə görə məsuliyyətdən yayınmaq üçün əsas hesab edilmir və belə hallarda şəxs törətdiyi əmələ görə tam cavabdehlik daşıyır.


Избранный
58
34
azia.az

10Источники