RU

Ermənistan ordusunun güclənməsi sülh prosesinə təsir göstərə bilməz AÇIQLAMA

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Ermənistan ordusu əvvəlki illərlə müqayisədə bir qədər güclənib”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, əgər 2020-ci ilə qədər əsasən Rusiyadan silahlar alınırdısa, indi bu siyahda Rusiyanın iştirakı xeyli zəifləyib:

“Daha doğrusu, son illərdə ümumiyyətlə Rusiya Ermənistanına silah vermir. Baxmayaraq ki, Ermənistan artıq ödədiyi vəsaitin qarşılığında istədiyi silahları hələ ala bilməyib. Əvəzində Fransa və Hindistandan silahlar alınıb. Bunlar, xüsusilə Hindistandan alınan silahlar isə müasir silahlar hesab olunmurlar”.

A.Səmədov qeyd edib ki, reytinq cədvəlinə görə, Azərbaycan Ordusu dünyanın 60 ən güclü ordusu sırasına daxildir, Ermənistan isə 103-cü yerdədir. Müsahibimiz bildirib kii, hərbi xərclərin müqayisəsinə görə, Azərbaycanla Ermənistan arasında fərq çox böyükdür:

“Bu səbəbdən Ermənistan ordusunun güclənməsi təbii ki, sülh prosesinə heç bir təsir göstərə bilməz”.

Abutalıb Səmədov: Ümid edək Azərbaycan-Ermənistan daha da yaxşılaşacaq, müxtəlif sahələrdə əməkdaşlıqlar yaranacaq

Həmsöhbətimiz bəyan edib ki, sülh prosesi üçün ən böyük təhlükə bu ilin yayında keçiriləcək parlament seçkiləridir:

“Bu seçkilərdə Rusiyayönlü qüvvələrin qalib gəlməsi, həm Zəngəzur dəhlizinin açılmasını, həm də yeni Konstitusiyanın qəbulunu ciddi şəkildə çətinləşdirə və hətta qeyri-mümkün edə bilər. Ümid edək ki, Rusiya yönümlü qüvvələr arzuladıqları nəticəyə nail ola bilməyəcəklər və parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi qüvvənin qələbəsi sülh prosesini davam etdirməyə imkan verəcək. Bununla münasibətlərimiz daha da yaxşılaşacaq, müxtəlif sahələrdə əməkdaşlığımız yaranacaq və Ermənistan öz qonşuları ilə normal yaşamağı bacaran bir dövlətə çevrilənəcək”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
51
45
bakivaxti.az

10Источники