RU

ÇL: "Qarabağ"ın rəqibi bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılacaq.

Apasport.az xəbər verir ki, tədbir bu gün, saat 15:00-da İsveçrənin Nyon şəhərində keçiriləcək.

Mərasimdə "Qarabağ"ın da pley-off mərhələsindəki rəqibi müəyyənləşəcək.

Səpələnməmişlər sırasında yer alan Azərbaycan çempionu PSJ və ya "Nyukasl" komandalarından birinə rəqib olacaq.

Səpələnmişlər (9-16-cı yerlər):

"Real" (İspaniya)

"İnter" (İtaliya)

PSJ (Fransa)

"Nyukasl" (İngiltərə)

"Yuventus" (İtaliya)

"Atletiko" (İspaniya)

"Atalanta" (İtaliya)

"Bayer 04" (Almaniya)

Səpələnməmişlər (17-24-cü yerlər):

"Borussiya" (Dortmund, Almaniya)

"Olimpiakos" (Yunanıstan)

"Brügge" (Belçika)

"Qalatasaray" (Türkiyə)

"Monako" (Fransa)

"Qarabağ" (Azərbaycan)

"Budyo-Qlimt" (Norveç)

"Benfika" (Portuqaliya)

Qeyd edək ki, pley-off mərhələsinin oyunları fevralın 17-18-i və 24-25-də keçiriləcək.

Arne Slot: “Rəqibə hörmətlə yanaşaraq bildirməliyəm ki…”

“Benfika”dan tarixi qələbə - QAPIÇININ QOLU HƏLLEDİCİ OLDU - VİDEO

Qurban Qurbanov: “Futbolçularım pley-offa yüksəlməyə layiq idilər”

ÇL: Növbəti tura yüksələn komandalar bəlli olub

“Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibləri müəyyənləşib

Избранный
29
31
apasport.az

10Источники