RU

Səfir: ABŞ ın Venesuelaya qarşı neft tələbləri beynəlxalq hüquqa ziddir

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Venesuelanın öz təbii sərvətlərini idarə etmək hüququ var, lakin ABŞ Karakası qorxutmaqla və neft tədarükü üçün güzəştli rejim tələb etməklə suverenliyini və beynəlxalq hüququ pozur.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Vaşinqtondakı Çin səfirliyinin mətbuat katibi Liu Penqyu açqlama verib.

O, ABŞ dövlət katibi Marko Rubionun ABŞ-ın Çinin Venesuela neftini bazar qiymətləri ilə alacağına inandığı barədə açıqlamalarını şərh edərkən: "Venesuela suveren dövlətdir və bütün təbii sərvətləri və iqtisadi fəaliyyəti üzərində tam və daimi suverenliyə malikdir", - deyə bildirib.

"Amerika Birləşmiş Ştatları Venesuelaya qarşı açıq şəkildə güc tətbiq edib və ölkədən Venesuela neft ehtiyatları ilə bağlı Amerika üçün "imtiyazlar" istəyib. Belə bir hədə-qorxu beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır, Venesuela suverenliyini şübhə altına salmaqdır və xalqının hüquqlarını pozmaqdır. Çin bunu qətiyyətlə pisləyir", - deyə diplomat vurğulayıb.

Rubio əvvəllər Senatın Xarici Əlaqələr Komitəsindəki dinləmələrdə Çinin Venesueladan "böyük endirimlə" neft aldığını iddia etmişdi. Onun sözlərinə görə, "Çin Venesueladan neft ala bilər, amma onlar da, dünyanın hər yerindəki hər kəs kimi, onu normal qiymətə almalı olacaqlar".

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
27
9
icma.az

7Источники