RU

Ərəblərin təklifinə əsəbləşən Benzema oyuna çıxmadı QALMAQAL

ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əfsanəfi fransalı hücumçu Kərim Benzema "Əl-İttihad"dan ayrılmağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, halbuki, Səudiyyə Ərəbistanı klubu ona yeni müqavilə təklif edib. Futbolçunun ayrılmağa qərar verməsi də məhz klubun ona təklif etdiyi yeni müqavilənin şərtlərinin əlverişsiz olması ilə bağlıdır. Fransız yaxınlarına özünü "alçaldılmış və təhqir olunmuş" hiss etdiyini bildirib. Nəticədə hücumçu nəinki yeni müqavilə təklifindən imtina edib, üstəlik 2:2 hesabı ilə başa çatan yerli çempionat matçında "Əl-Fateh"ə qarşı oynamaq istəməyib.

Kərim Benzema 2023-cü ildə "Real Madrid"dən Səudiyyə Ərəbistanına pulsuz transfer olub. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 83 oyun keçirib, 54 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bundan əvvəl fransız "Real"da oynayaraq bütün mümkün klub kuboklarını və "Qızıl top"u (2022-ci il) qazanıb.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
21
fanat.az

10Источники