RU

Gömrüyün 34 yaşlı sədr müavini 9 aya mayordan general-mayor rütbəsinə yüksəldildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Məlumata görə, “gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi verilən şəxslərdən biri Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədovdur.

F.Məmmədov 12 mart 2025-ci ildə DGK sədrinin müavini təyin edilib. O, vəzifəyə təyin ediləndə gömrük xidməti mayoru idi.

Ötən ilin may ayında isə Fuad Məmmədova gömrük xidməti polkovniki rütbəsi verilib.

Qeyd edək ki, Fuad Məmmədov müavin təyinatına kimi Dövlət Gömrük Komitəsinin Ümumdünya Gömrük Təşkilatında nümayəndəsi olub.//Unikal.az

Избранный
31
8
millitv.net

4Источники