ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şirvan, 30 yanvar, AZƏRTAC
Ötən il Şirvan şəhəri üzrə ümumi məhsul buraxılışı 694 milyon manat, sənaye məhsulu istehsalı 425,8 milyon manat təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə şəhər icra hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, 2025-ci ildə şəhərdə 212,6 min ton əmtəəlik neft, 7,9 milyon kubmetr əmtəəlik qaz və 3,7 milyard kvt-saat elektrik enerjisi istehsal edilib. Əsas kapitala 285,1 milyon manat vəsait yönəldilib ki, onun da 274,4 milyon manatı və ya 96,2 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.