Azərbaycan Honqkonq Xüsusi İnzibati Rayonu (HKXIR) pasport sahibləri üçün məhdud müddətə vizasız rejim tətbiq edərək giriş şərtlərini asanlaşdırıb.
Ölkə.az-ın məlumatına görə, bu barədə Honqkonq HKXIR-in mətbuata açıqlamasında bildirilir.
Honqkonq XİR pasport sahibləri 2 fevral 2026-cı ildən 2 fevral 2027-ci ilə qədər olan müddətdə üç dəfəyədək, hər girişdə 30 günədək Azərbaycana vizasız səfər edə bilərlər.
"Azərbaycan "Bir kəmər - bir yol" təşəbbüsünün üzv ölkəsidir. Bu təşəbbüs çərçivəsində vizasız razılaşma HKXIR pasport sahiblərinə fayda gətirəcək və ikitərəfli turizm, mədəniyyət və iqtisadi əlaqələrin güclənməsinə kömək edəcək", - deyə HKXIR İmmiqrasiya Departamentinin nümayəndəsi qeyd edib.
Həmçinin qeyd olunur ki, Azərbaycan da daxil olmaqla, hazırda 175