RU

İran XİN rəhbəri Türkiyəyə səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə səfər edib.

Missiya.Az xəxəbər verir ki, onu İstanbul hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin regional baş direktoru da daxil olmaqla, rəsmi şəxslər qarşılayıb.

Səfər çərçivəsində Əraqçının Türkiyənin xarici işlər naziri ilə ikitərəfli münasibətlər, habelə, regional və beynəlxalq proseslər ətrafında məsləhətləşmələr aparacağı bildirilib.

Məlumata görə, İran XİN rəhbəri səfər zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşəcək və qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparacaq.

Daşqın HəsənovMissiya.Az

Избранный
15
50
missiya.az

10Источники