RU

40 minə yaxın müraciət qeydə alınıb, kəskin artım yoxdur - DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov

Beynəlxalq səviyyədə tanınmış audit şirkətləri tərəfindən yoxlamalar aparılır və 2024-cü ilin nəticələri artıq açıqlanıb. Bu məlumatlar rəsmi internet saytımızda dərc olunub. Hazırda yeni müqavilənin bağlanması mərhələsindəyik və audit şirkəti fəaliyyətə başlamalıdır. Düşünürəm ki, yaxın bir-iki ay ərzində 2025-ci ilin nəticələrinə dair yeni hesabatımız da hazırlanaraq saytımızda dərc olunacaq.

QHT.az xəbər verir ki, bu fikirləri DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmış DOST Agentliyi və DOST Mərkəzlərində əhaliyə sosial xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğuna uyğun göstərilməsi sahəsində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, hazırda ümumilikdə 40 minə yaxın müraciət mövcuddur və bu göstəricidə kəskin artım müşahidə edilmir. Müraciətlərin elektron və ya qeyri-elektron formada olmasına görə xüsusi bölgü aparılmır. Ümumi xidmətlərin 100 faizi içərisində şikayətlərin payı cəmi 0,5 faiz təşkil edir.:

"Şikayətlər əsasən xidmətlərimiz və sistemlərlə bağlıdır. Bildiyiniz kimi, elektron sistemlər müxtəlif formatlarda yenilənir və bu yenilənmələr zamanı yeni funksiyalar tətbiq olunur. Vətəndaşlar bu yeni funksiyalar barədə bəzən kifayət qədər məlumatlı olmur və ya onlar üçün bu yeniliklər anlaşılmaz görünür. Bu səbəbdən maarifləndirmə və məlumatlandırma işlərini davamlı şəkildə həyata keçiririk. Nazirliyin rəsmi internet saytı, sosial şəbəkə səhifələrimiz və digər bütün informasiya resurslarımız vasitəsilə bu istiqamətdə mütəmadi olaraq təbliğat və izahat işləri aparılır. ".

 

Pərvanə Fərhadqızı

Избранный
90
21
qht.az

10Источники