RU

Azərbaycanın 4 klubunda oynamış futbolçu İranda həbs olundu

Ötən mövsüm "Karvan Yevlax"da çıxış etmiş Peyman Keşavarzi ölkəsində həbs olunub.

Moderator.az xəbər verir ki, buna səbəb onun hakimiyyətə qarşı etiraz aksiyalarına qatılmasıdır.

29 yaşlı futbolçunun karyerasının bir hissəsi Azərbaycanla bağlıdır. O, ilk dəfə 2019-cu ildə "Sumqayıt" komandasına transfer edilib. Sonrakı dövrdə "Səbail"lə "Kəpəz"də də oynayıb. 4 klubumuzda keçirdiyi 28 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
67
moderator.az

1Источники