ain.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ-ın Tehran rəhbərliyinə zərbələr endirəcəyi barədə şayiələr yayıldığı bir vaxtda İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib. Təyyarədə İran Prezidenti Məsud Pezeşkianın da olduğu güman edilir.
Axar.az xəbər verir ki, bu barədə “Mash” Teleqram kanalı məlumat yayıb.
Qeyd olunub ki, paralel olaraq, ABŞ Prezidenti Donald Tramp bu gecə bəyanat hazırlayır:
“Vaşinqton İran təhlükəsizlik qüvvələrinə və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı hədəfli hücumlar etməyi nəzərdən keçirir. Nikolas Maduronu ələ keçirmək əməliyyatında iştirak edən ABŞ təyyarələri Yaxın Şərqə uçur. 23:32-də İran hökumət təyyarəsi Rusiyaya gedib. Bunu obyektiv nəzarət məlumatları göstərir. Uçuşun məqsədi və marşrutu barədə təfərrüat hələlik məlum deyil”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.