İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ildə ilk buraxılışı ötən ilin yekunlarına həsr olunub.
Banker.az xəbər verir ki, 2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar:
“Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Prime Cotton” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,”Export Stream” MMC,”P-AQRO” MMC,”KHAN-EL” MMC, “AGRARCO” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Socar-Dalğıc” MMC, “İstisu” mineral su zavodu MMC, “Azərbaycan Dəmir yolları” QSC, “SOCAR CAPE” MMC.