RU

"Yerablur"da gərginlik: Şəhid valideynləri Paşinyanın snayperlərinə sərt təpki göstərdi –ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti 27 yanvarda hərbi panteonda baş vermiş insidentlə bağlı qalmaqallı detallar yayımlayıb. Nəşrin məlumatına görə, baş nazir Nikol Paşinyanın "Yerablur" hərbi panteonuna ziyarəti zamanı təhlükəsizlik tədbirləri valideynlərin qəzəbinə səbəb olub.

Jurnalistlər müəyyən ediblər ki, Paşinyan və komandasının təhlükəsizliyini təmin etmək üçün panteon ərazisində silahlı snayperlər yerləşdirilib.
Övladlarının məzarlarını ziyarət edən valideynlər snayperləri aşkar edərək onlarla üz-üzə gəliblər. Valideynlər təhlükəsizlik qüvvələrinə sərt sözlər ünvanlayıblar: "Kimi qoruyursunuz? "Yerablur"u genişləndirən xaini? Onu kimdən - oğullarını itirmiş valideynlərdənmi qoruyursunuz?"

Məlumata görə, panteona göndərilən hərbçilər valideynlərin ağır ittihamları qarşısında bir kəlmə də demədən sükut nümayiş etdiriblər.

Qeyd olunur ki, şəhid yaxınları Paşinyan hökumətinin təyin etdiyi "Xatırlama Günü"nü və bu ziyarətin nümayişkaranə şəkildə keçirilməsini kəskin pisləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
22
27
olaylar.az

10Источники