Jurnalistlər müəyyən ediblər ki, Paşinyan və komandasının təhlükəsizliyini təmin etmək üçün panteon ərazisində silahlı snayperlər yerləşdirilib.
Övladlarının məzarlarını ziyarət edən valideynlər snayperləri aşkar edərək onlarla üz-üzə gəliblər. Valideynlər təhlükəsizlik qüvvələrinə sərt sözlər ünvanlayıblar: "Kimi qoruyursunuz? "Yerablur"u genişləndirən xaini? Onu kimdən - oğullarını itirmiş valideynlərdənmi qoruyursunuz?"
Məlumata görə, panteona göndərilən hərbçilər valideynlərin ağır ittihamları qarşısında bir kəlmə də demədən sükut nümayiş etdiriblər.
Qeyd olunur ki, şəhid yaxınları Paşinyan hökumətinin təyin etdiyi "Xatırlama Günü"nü və bu ziyarətin nümayişkaranə şəkildə keçirilməsini kəskin pisləyiblər.