RU

İrana məxsus təyyarə Moskvaya enib – Pezeşkian da bortda ola bilər


İran hökumətinə məxsus təyyarə Moskvanın Vnukovo hava limanına eniş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiyanın “Mash“ teleqram kanalı məlumat yayıb.
Məlumata görə, təyyarənin bortunda İran Prezidenti Məsud Pezeşkian da ola bilər.
Teleqaram kanalının məlumatına görə, bu, ABŞ-nin İran rəhbərliyinə qarşı zərbələr endirəcəyi ilə bağlı şayiələr fonunda baş verir.
Digər tərəfdən, teleqaram kanalı Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirməsi ilə bağlı əməliyyatda iştirak edən Amerika təyyarələrinin Yaxın Şərqə uçduğunu bildirir.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Trampın İranın təhlükəsizlik xidmətlərinə və rəhbərliyinə qarşı hücum planlaşdırdığı ilə bağlı xəbərlər yayılmışdı.
Daha əvvəl isə ABŞ Prezidenti böyük Amerika qüvvələrinin İrana doğru hərəkət etdiyini bildirmişdi.
Избранный
37
yeniavaz.com

1Источники