RU

“Opta” Avropa Liqasının favoritlərini açıqladı


“Opta” superkompüteri Avropa Liqasının favoritlərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, “Aston Villa” kuboka əsas iddiaçılar arasında birinci olub.
Unai Emerinin komandasının titulu qazanmaq şansı 44%-dir ki, bu da ən yaxın rəqibindən dörd dəfə çoxdur.
“Roma” reytinqdə 10,1%-lik qalibiyyət şansı ilə ikinci yerdədir. Onun ardınca isə 9,3%-lə “Porto” gəlir. “Lion” (7,5%) və “Nottingem Forest” (5,3%) isə siyahıda ilk beşliyi tamamlayır. Qalan komandaların qalib gəlmək şansları 5%-dən azdır.
Siyahını təqdim edirik:
1. “Aston Villa” - 44%
2. “Roma” – 10,1%
3. “Porto” – 9,3%
4. “Lion” – 7,5%
5. “Nottinqem Forest” – 5,3%
6. “Ştutqart” – 4,3%
7. “Braqa” – 3,5%
8. “Betis” – 3,3%
9. “Frayburq” – 3%
10. “Midtyulland” – 2,8%.
Избранный
27
37
yeniavaz.com

10Источники