RU

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) fəaliyyəti beynəlxalq arenada müsbət qiymətləndirilməkdə davam edir.

Editor.az xəbər verir ki, qurumun qlobal qiymətləndirmə sisteminə verdiyi töhfələr nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilir. Bu çərçivədə Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının (IVSC) sədri Nick Talbot AQC-nin sədri Vüqar Oruca rəsmi məktub ünvanlayıb. Məktubda AQC-nin IVSC-yə göstərdiyi davamlı dəstəyə, beynəlxalq qiymətləndirmə standartlarının təşviqi və peşəkar qiymətləndirmə mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkür ifadə olunub.

IVSC sədri qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəal iştirakı qlobal miqyasda qiymətləndirmələrin keyfiyyətinin, ardıcıllığının və etibarlılığının artırılmasında mühüm rol oynayır. Bildirilib ki, AQC-nin beynəlxalq proseslərdə aktiv mövqeyi qiymətləndirmə sahəsində vahid yanaşmaların formalaşmasına və qabaqcıl təcrübələrin tətbiqinə şərait yaradır.

Məktubda IVSC ilə AQC arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərinə toxunulub. Birgə layihələrin həyata keçirilməsi, beynəlxalq təşəbbüslərdə qarşılıqlı iştirak və peşəkar bilik mübadiləsinin genişləndirilməsi imkanlarının müzakirəyə açıq olduğu bildirilib. IVSC rəhbərliyi AQC-nin fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdakı dövrdə qurumlar arasında sıx və səmərəli əməkdaşlığın davam etdiriləcəyinə ümid ifadə edib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti beynəlxalq standartların tətbiqi, qiymətləndirici mütəxəssislərin peşəkar hazırlığının gücləndirilməsi və qiymətləndirmə sahəsində institusional inkişafın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir. Bu fəaliyyətlər AQC-nin beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişlənməsinə və ölkənin qiymətləndirmə sektorunun qlobal sistemə inteqrasiyasına mühüm töhfə verir.

Избранный
12
11
editor.az

10Источники